`Ermənistana təzyiq göstərilməlidir`

`Ermənistana təzyiq göstərilməlidir`

Almaniyanın “Südthüringen Kurier” qəzetində “Dağlıq Qarabağ üçün sülh həlli” adlı məqalə dərc edilib.

 

Məqalədə Almaniya Bundestaqının deputatı Mark Hauptmanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair fikirləri yer alıb. Münaqişə tərəflərini sülh yolu ilə həllə sadiq qalmağa çağıran almaniyalı deputat davamlı həll üçün işğala son qoyulmasının vacibliyini qeyd edir: “Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Dağlıq Qarabağı Azərbaycana geri qaytarmalıdır. Bu haqda hələ 1993-cü ildə ATƏT və BMT-nin Təhlükəsizlik Şurası qərarlar qəbul edib”.

Deputat vurğulayır ki, münaqişənin dondurulması yolverilməzdir. Beynəlxalq birlik işğal altında olan ərazilərin geri qaytarılması üçün Ermənistana təzyiq göstərməlidir./Azərtac

7news.Az

Xəbər lenti