lombard

İnsanların qorxulu kabusuna çevrilən epidemiyalar - Koronavirusdan betərləri də var...

İnsanların qorxulu kabusuna çevrilən epidemiyalar - Koronavirusdan betərləri də var...
Dekabr ayında Çinin Uhan şəhərində peyda olan koronavirus artıq dünyada 13000-dən çox insanın həyatına son qoyub. Bəşəriyyət hər nə qədər inkişaf etsə də, bəzən bu tip virusların qarşısında aciz qalırıq. Maraqlıdır, indiyədək kütləvi ölümə səbəb olan xəstəliklər hansılardır?

7News.Az Yenisabah.az-a istinadən xəbər verir ki, belə xəstəliklərin başında vəba gəlir. Ləqəbi "Qara Ölüm” olan bu xəstəlik bəşər tarixində ən ölümcül xəstəliklərdən biridir. 

Tarixdə bir neçə dəfə yayılaraq on milyonlarla insanı öldürüb. Orta əsrlərdə Çin və Orta Asiyada başlayan vəba, 1347-ci ildə Krımda bir ticarət bazarını mühasirəyə alan Monqol ordusunun, divarları dağıtmaq üçün istifadə olunan yaylı silahlar vasitəsi ilə vəbadan ölmüş insan cəsədlərini şəhərə atması ilə Avropaya yayıldı. Deyilənə görə, 1347-1351- ci illərdə Avropada hər üç adamdan biri bu xəstəlikdən ölmüşdü. Xəstəlik Orta Şərq, Hindistan və Çin də daxil olmaqla, təxminən 75 milyon insanın ölümü ilə nəticələnib. Daha sonralar vəba 19-cu əsrdə Çində təqribən 10 milyon insanı öldürmüş, 17-ci əsrdə isə Böyük Britaniyada əhalinin 15 faiz azalmasına səbəb olub. 

Qrip epidemiyaları

Birinci Dünya müharibəsinə qədər qrip o qədər də əhəmiyyət verilməyən "evcil” bir epidemiya idi. Ancaq qrip 1918-ci ilin yazında tam 15 milyon insanı torpağa basdırdı. Döyüş meydanlarında isə 15 milyon insanın ölməsi tam 4 il almışdı. Halbuki qrip eyni rəqəmə qısa müddət ərzində - 1918-ci ildə yalnız ABŞ-da ölənlərin sayı 550 min idi ki, bu rəqəm ABŞ-ın Koreya və Vyetnam döyüşlərində verdiyi ölü sayından çox idi. Bu epidemiya zamanı Alyaska kəndlilərinin hamısı yox olarkən Hindistanda 12 milyon adam həyatını itirdi. Qrip virusu elm tərəfindən 1933-ci ildə müəyyən olundu. Ancaq onun minlərlə ildir dünyanı gəzdiyi təxmin edilir.

İlk qrip epidemiyasının başlanğıcı isə fermalarda at, donuz və ördəyi əhliləşdirməsilə eyni vaxtdadır. Bu gün ördək mədəsinin dünyanın ən yaxşı işləyən qrip fabrikası olduğu qəbul edilir. Bir çox qrip epidemiyasının da son illərdə sıx ördək bəsləyən Çindən qaynaqlanması təsadüf deyil. Bir qrip epidemiyası ümumi olaraq ortaya çıxdığı bölgədəki ümumi əhalinin 25-50%-ni qısa müddətdə yatağa düşürə bilir. Ölüm nisbəti isə 1%-dən daha aşağıdır. Hər əsrdə nizamsız şəkildə ortaya çıxan 3 ya da 5 böyük qrip epidemiyası yaşanır. Epidemiyanın bir digər xüsusiyyəti də "ömürünün” qısa olmasıdır. Bu gün elm bir çox ciddi xəstəliyin peyvəndini kəşf etmiş olmaqla birlikdə qrip məsələsində qeyri-kafi qalır. Çünki bu virus hər 10 ya da 14 ildə bir genetik dəyişikliyə uğrayır, bu da onu "məğlubedilməz” edir.

Müqayisə üçün qeyd edək ki, 25 milyon ölümə QİÇS 25 ildə "nail olub”. Qrip 1918-ci ilin sentyabr-noyabr aylarında zirvə nöqtəsinə çatmış və Türkiyə daxil bütün dünya ölkələrinə təsir edib. Xəstəliyin "İspan atəşi” adlandırılmasının səbəbi heç də İspaniyada yaranması deyildi, Birinci Dünya Müharibəsində iştirak edən Avropa ölkələrində hərbi senzura səbəbiylə epidemiya mövzusuna aid mətbuatda heç bir yazı yazılmasına icazə verilmirdi. İspaniya isə birinci dünya müharibəsində iştirak etmədiyi üçün belə bir senzura yox idi və nəticədə xəstəlik haqqında dünyaya məlumat verən məhz İspaniya mətbuatı olmuşdu. Bu üzdən xəstəlik tarixə "İspan atəşi” olaraq keçdi. 

Su çiçəyi

Xəstəlik 18-ci əsrdə hər il orta hesabla 400.000 insanın ölümünə səbəb olurdu. Eyni əsrdə təsbit edilən korluğun 70% -inin səbəbkarı da məhz Su çiçəyi olub. Xəstəliyə yoluxan yetkinlərin 20-60%-i , uşaqların 80% -i ölüb. 20-ci əsrdə isə əhali sayının da artımı ilə ölümlər ağlasığmaz hal almağa başlayıb. 1950-ci illərə qədər hər il 50 milyon insan bu xəstəliyə yoluxub.15 milyon insan bu xəstəliyə yoluxmuş və onlardan iki milyonu ölüb. 19-cu və 20-ci əsrlərdəki peyvənd tədqiqatları və aparılan kampaniyalar sayəsində 1979-cu ilin dekabrında bu xəstəliyin qarşısı tamamilə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elə uğurlu bir peyvənd kampaniyası həyata keçirildi ki, bəşər tarixində tam silinən, məhv edilən yeganə xəstəlik məhz Su çiçəyi oldu. Başqa sözlə, demək olar ki, virusun nəslini kəsildi və aktivləşməsi üçün yer buraxılmadı.

Ebola

Bəşəriyyətin ən qorxunc epidemiyalarından daha biri də "Ebola”dır. Ölümcül virusun yayılmağa başladığı 2014-cü ilin mart ayından etibarən dünyada hər həftə yoluxma faktları qeydə alınsa da, 2015-ci ilin oktyabrının ilk həftələrindən xəstə artımı müşahidə olunmayıb.

Ümumilikdə "Ebola”dan ölənlərin sayı 11 305 nəfərə çatıb, 28 min 109 nəfər təhlükəli virusa yoluxub.

Xəbər lenti