İntim münasibətdə olan gənclərin sayı azalıb - Soğru və səbəb

İntim münasibətdə olan gənclərin sayı azalıb - Soğru və səbəb

Britaniyada maraqlı araşdırma aparılıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, aparılan araşdırmalara görə, 10-20 il bundan əvvəllə müqayisədə indiki gənclər daha az sekslə məşğul olurlar.

Bunun səbəbi isə hazırkı gənclərin vaxtlarının daha çoxunu sosial şəbəkələrdə keçirməsi, Netflix seriallarına baxmasıdır.

Keçirilən sorğu nəticəsində məlum olub ki, gənclər həftədə bir dəfə intim münasibətdə olurlar. Sorğuda iştirak edən gənclərin 29 faizi ötən ay ərzində bir dəfə belə olsa cinsi əlaqədə olmadıqlarını etiraf ediblər.

Ehtimal olunur ki, illər keçdikcə bu rəqəmlər daha da azalacaq.

 

Ekspertlər düşünürlər ki, cinsi həvəssizliyin yaranması sağlamlıqla bağlı problemlərə səbəb olacaq. Çünki gümrah və sağlam olmaq üçün həftədə azı 1 dəfə intim münasibətdə olmaq tövsiyə olunur.

7News.Az

Xəbər lenti