RU
lombard
İqtisadçıdan Mədəniyyət Nazirliyi ilə bağlı şok fakt: 33400 manat...
23:14
740

İqtisadçıdan Mədəniyyət Nazirliyi ilə bağlı şok fakt: 33400 manat...

Mədəniyyət Nazirliyində daha bir yeyinti faktı aşkarlanıb.

7News.Az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib. Onun verdiyi məlumata görə, Mədəniyyət Nazirliyi Bakıya gəlməyən rusiyalı Xalq artistinə 26 min manat pul ödəyib:

"Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı var. Mədəniyyət Nazirliyi keçən il Rusiyanin Xalq artistlərinin biri ilə müqavilə bağlayıb ki, həmin şəxs 5 ay Bakıda qalıb ansambla dərs keçəcək. Bu məqsədlə nazirlik artistin hesabına 26 min 200 manat (aya 5240 manat) pul köçürüb. Qonağın rahatlığı üçün isə Bakıda 5 aylıq 7 min 200 manata (aya 1440 manat) kirayə ev tutub. Bura qədər hər şey normal görünür, Xalq artistinə aya 5240 manat qonorar vermək olar, hörmətli qonağa ayı 1440 manat ev də tutmaq mümkündür. Amma qəribəsi budur ki, nə o qonaq Bakıya gəlib, nə də elə bir treninq olub, sadəcə Mədəniyyət Nazirliyi ödənişlər edib".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ