İranda saqqal taxıb stadiona gedən qızlardan son xəbər

İranda saqqal taxıb stadiona gedən qızlardan son xəbər

İranda saqql taxaraq futbol stadionuna daxil olduqdan sonra həbs edilən 6 qızdan 4-ü azadlığa buraxılıb.

7News.Az xəbər verir ki, Zəhra Xoşnəvaz, Leyli Mələki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir adlı xanımlar girov qarşılığında müvəqqəti olaraq azad olunublar. 

Digər iki qız haqda isə hələlik heç bir məlumat yoxdur. 4 qızın azad olunmasında isə azarkeşlər aktivlik nümayiş etdirərək buna nail olublar.

Qızlardan biri "Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.

Həbs olunan qızlar cinayət deyil, inzibati qaydada cəza alacaqlar.

Xəbər lenti