İranın beş hərbi kateri Britaniya tankerini ələ keçirmək istəyib

İranın beş hərbi kateri Britaniya tankerini ələ keçirmək istəyib

Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) beş kateri Böyük Britaniyaya məxsus tankeri dayandırmağa çalışıb.

"TASS” xəbər verir ki, məlumatı ABŞ administrasiyasındakı mənbə yayıb.

Tanker Fars körfəzini tərk edən zaman beş kater ona yaxınlaşıb.

Ekipaja kursun dəyişdirilməsi və tankerin İranın ərazi sularında dayandırılması əmri verilib.

Lakin tankeri müşayiət edən Böyük Britaniyanın Kral Dəniz Donanmasının freqatı iranlı dənizçilərin dərhal geri qayıtmalarını və tankerə mane olmamalarını tələb edib. İran katerləri geri dönməyə məcbur olub.

 

7News.Az

Xəbər lenti