RU
lombard
İraqda nümayişçilər üç millət vəkilinin evinə od vurdu
15:31
100

İraqda nümayişçilər üç millət vəkilinin evinə od vurdu

İraqın cənubunda Zikar əyalətində nümayişçilər üç deputatın evinə hücum edib.

"Hürriyət qəzeti xəbər verir ki, etirazçılar millət vəkillərinin evlərini yandırıblar. 

Məlumatlara görə, evləri yandırılanlar Zikarın Eş-Şatra bölgəsində "Sairun” koalisiyasının millət vəkillərindən Naci əs-Səid, "El-Fetih” koalisiyasından Muna əl-Qurabi və "Qanun Dövlət” koalisiyasından Zeynəb əl-Hazrecindir. 

Ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ