“İrşad Electronics”in “zəmanət fırıldağı”

“İrşad Electronics”in “zəmanət fırıldağı”

Tanınmış jurnalist Natiq Muxtarlı "İrşad Electronics”də üzləşdiyi fırıldaqla bağlı sosial şəbəkədə məlumat yayıb.


 N.Muxtarlı bildirik ki, 3 ay bundan öncə "İrşad Electronics”dən aldığı telefonda problem yaranıb. 

Jurnalisitin sosial şəbəkədə yaydığı məluatı olduğu kimi təqdim edirik:

"Deməli, İrşad Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək. 
Bayram günlərində əsəblərim "İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar".

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. /AFN
 
 
7News.Az

Xəbər lenti