RU
lombard
İŞİD-in edam videosuna baxan qız anasını öldürdü
10:17
467

İŞİD-in edam videosuna baxan qız anasını öldürdü

O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Danimarkada 15 yaşlı Liza Borç İŞİD terror qruplaşması üzvlərinin britaniyalı girovları edam etmə videosuna baxdıqdan sonra öz anasını qətlə yetirib.

Liza Borç anasını radikal İslama etiqad edən 29 yaşlı sevgilisi Bəxtiyar Məhəmməd Abdullah ilə planlaşdıraraq bıçaqlayıb.

İŞİD-in edam videosuna baxan qız anasını öldürdü – FOTOLiza Borçun anası Ryomer Holteqaarda 20 bıçaq zərbəsi vurulub.

İstintaq müəyyən edib ki, Liza İŞİD-in Britaniya girovlarının başlarının kəsildiyi videoya dəfələrlə baxıb.

Məhkəmədə Liza və Abdullah qadının qətlində bir-birilərini ittiham ediblər. İstintaq kimin qadına 20 bıçaq zərbəsi vurduğunu müəyyən edə bilməyərək, hər ikisini qətldə günahkar hesab edib.

Məhkəmənin hökmü ilə Liza 9, Abdullah isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Abdullah həbs müddətini başa vurduqdan sonra Danimarkadan deportasiya ediləcək./oxu

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ