İrəvanda oliqarxların qətlini planlaşdıran

İrəvanda oliqarxların qətlini planlaşdıran

İrəvanda məşhur biznesmenlər və oliqarxları öldürməyi planlaşdıran killer dəstəsi zərərsizləşdirilib.

7News.Az erməni KİV-ə istinadən xəbər verir ki, maskalı və silahlı killerləri hüquq-mühafizə orqanları deyil, adı çəkilməyən nüfuzlu şəxsin mühafizəçisi aşkarlayıb.

Məlumata görə, hadisə “Arqişti” restoranı ətrafında cərəyan edib. İyunun 8-i bir neçə nüfuzlu şəxs, o cümlədən deputatlar məşhur kriminal avtoritetin atasının dəfnində iştirak üçün toplaşıblar. Restoran ətrafında isə onları güllələməyə hazır vəziyyətdə duran killerlər pusqu qurub. Lakin dəstə mərasim iştirakçılarından birinin mühafizəçisi tərəfindən zərərsizləşdirilib.

Xəbər lenti