İsmayıllıda ŞOK OLAY: başçının müavini rayon sakinlərin həyatını təhlükəyə atdı

İsmayıllıda ŞOK OLAY: başçının müavini rayon sakinlərin həyatını təhlükəyə atdı

Dosye.org saytın elektron ünvanına İsmayıllı rayonu İsmayıllı kənd sakini Abdullayev Araz Mikayıl oğlu tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın xahişini nəzərə alıb məktubu olduğu kimi ixtiyarınıza veririk:
                                                                                                                                                                                                        İsmayıllı rayon İcra hakimiyyəti başçısının müavini Sevil  Əhmədova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxlusayda rayon sakininin həyat və sağlamlığını ciddi təhlükə qarşısında qoymuşdu.Belə ki, İsmayıllı rayonu Nizami küçəsi ərazisndə fəaliyyət göstərən maye qaz yanacaq doldurma məntəqəsi yaşayış evlərinin və ticarət obyektlərinin əhatəsində lap yaxınlığında inşa edilmişdi.Buna görə orada yaşayan sakinlərin və ticarət obyektində işləyən sahibkarların həyat və sağlamlıqları ciddi təhlükə qarşındadır.Ətrafa sızan qaz insanlarda ciddi xəstəliklər yaratmışdı.Həmçinin hər an baş verə biləcək partlayış kütləvi insan  tələfatına gətirib çıxaracaq. Həmin maye qaz doldurma məntəqəsi İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsusdur. Orada rəhbərliyi Sevil xanımın həyat yoldaşı Nizami edir. Maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə görə həmin ərazidə atrıq bir neçə sakinlər evlərinin qapısını bağlayıb oradan köçüblər. 

 
Mən İsmayıllı rayonu Nizami küçəsi ərazisndə 600 kv-m sahəsi olan obyekti inşa etdirib orada shibkarlıq fəaliyyəti ilə məşğul oluram.Ancaq rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədovaya məxsus maye qaz doldurma məntəqəsinin yaratdığı təhlükəyə və ətrafa yaydığı zəhərli qaza görə fəaliyyətimizi dayandırmaq məcburiyyətində qalmışıq. Burada yaşayan sakinlər və fəaliyyət göstərən sahibkarlar müvafiq orqanlara şikayət ərizəsi ilə müraciəıtlər ediblər.Ancaq Sevil Əhmədova vəzifədə olduğu üçün qanunlara güc gələ bilir. Qeyd edim ki, həmin maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsi üçün qərar verilib onlara yer ayrılıb. Ancaq Sevil Əhmədova çıxarılan qərara əməl etmək istəmir.Məcbur olub mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident siz vətəndaşların daima qayğısına qalırsınız sahibkarlığın inkişafına kömək olursunuz.Sizdən xahiş edirik İsmayıllı şəhəri Nizami küçəsi ərazisində fəaliyyət göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan maye qaz doldurma məntəqəsinin başqa əraziyə köçürülməsinə göstəriş verəsiniz.
Qarşı tərəfin mvqeyini dərc etməyə hazırıq.
 
 
 
7News.Az

Xəbər lenti