İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib.

7News.Az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, İsrailin Bakıdakı səfirliyi ölkənin dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri kimi, öz işini davam etdirəcək. 

Bildirilib ki, İsrailin Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları arasında danışıqlar davam edəcək.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi bir neçə gün öncə fəaliyyətini müvəqqəti dayandırmışdı. Bunun səbəbi maliyyə problemi ilə əlaqədar idi.

"İsrail Maliyyə Nazirliyinin 2019-cu ilin iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”, - deyə səfirliyin açıqlamasında bildirilirdi. 

Ümumiyyətlə, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını müvəqqəti bağlayıb.

7News.Az

Xəbər lenti