"Real"ın futbolçusu karyerasını başa vurdu

"Real"ın yarımmüdafiəçisi Lukas Silva karyerasını başa vurub.

7News.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə 23 yaşlı futbolçunun özü məlumat verib.

Ürəyində qüsur aşkarlanan Silva futboldan uzaqlaşmaq məcburiyyətində qalıb. Gənc futbolçu "İnstagram" sosial şəbəkəsindəki səhifəsində bunları yazıb: "Mən yaxşı mübarizə apardım. Karyeramı başa vururam, ancaq inamımı saxlayıram".

Qeyd edək ki, müqavilə ilə "Real"a məxsus olan braziliyalı futbolçu ötən mövsüm "Marsel"də icarə əsasında oynayıb.

Xəbər lenti