İtalyan astronavtı kosmosdan konsert verəcək

İtalyan astronavtı kosmosdan konsert verəcək

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. 

7News.Az Avtosfer.az-a istinadən bildirir ki, italiyalı astronavt Luka Parmitano ilk "kosmik DJ"olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

Bu barədə Avropa Kosmik Agentliyi (EKA) məlumat yayıb. Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq.

Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək. Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

 

7News.Az

Xəbər lenti