“IV Bakı Forumun həqiqətlərimizi dünyaya bir daha bəyan etdi” – Azər Verdiyev

“IV Bakı Forumun həqiqətlərimizi dünyaya bir daha bəyan etdi” – Azər Verdiyev

Xəbər verdiyimiz kimi, 4-6 may tarixlərində Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusundareallaşıb. Forumun əhəmiyyətinən danışan QALİB-in sədri, ekspert Azər Verdiyev Azərbaycanın bu sahədə ciddi təcrübəsinin olduğunu dedi: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. 4-cü Bakı Forumu digərləri kimi Azərbaycanın tolerant ölkə və multikulturalizm dəyərlərinə sahib olduğunu dünyaya nümayiş etdirmək imkanı yaratdı. Dünyada gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan öz sözünü bu forumla dedi”

Forumun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini xatırladan A.Verdiyev tədbir iştirakçılarının ölkəmizlə bağlı əsl həqiqətləri öz gözləri ilə görəcəklərini dedi: "Ölkəmizdə hər hansı beynəlxalq tədbirin keçirilməsi o deməkdir ki, Azərbaycana yeni insanlar gələcək, ölkəmizi tanımayanlar tanıyacaq, həqiqətləri öz gözləri ilə görəcəklər”

Xəbər lenti