Jurnalisti axtaran iki hərbçini sel apardı - FOTOLAR

Jurnalisti axtaran iki hərbçini sel apardı - FOTOLAR
Jurnalisti axtaran iki hərbçini sel apardı

Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının axtarışında iştirak edən iki hərbçini sel aparıb.
Axtarış-xilasetmə işlərində iştirak edən hərbçilərdən ikisinin itkin düşməsi səbəbindən bölgəyə əlavə xilasedici briqadalar cəlb olunub.
Görülən tədbirlər nəticəsində ölən əsgərlərin cəsədləri sudan çıxarılıb.Qeyd edək ki, Abdülkadir Nişancı mayın 10-da  Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı dağında çəkiliş apararkən  qar uçqunu altında qalıb.


 7News.Az

Xəbər lenti