“Kaspi” qəzeti Nəsimiyə həsr edilmiş məqalə müsabiqəsi elan edir

“Kaspi” qəzeti Nəsimiyə həsr edilmiş məqalə müsabiqəsi elan edir

Bu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin anadan olmasından 650 il keçir. Azərbaycan ədəbiyyatına daim diqqətlə yanaşan, imzaladığı fərman və sərəncamlarla klassiklərimizin irsinin ölkəmizdə və dünyada tanıdılmasına böyük töhfələr verən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2019-cu ili "Nəsimi ili” elan edib.

Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığının tədqiqi, təbliği və nəşri istiqamətində ardıcıl fəaliyyət göstərən "Kaspi” qəzeti "Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə "Nəsimi ili” çərçivəsində "Əbədiyyət günəşi” adlı yeni məqalə müsabiqəsinə start verir.

Müsabiqəyə əsər qəbulunun şərtləri:

Müsabiqəyə elmi və publisistik məqalələr qəbul edilir Təqdim edilən əsərlər [email protected] elektron ünvanına göndərilir. Elektron məktubda müəllifin əlaqə nömrəsinin qeyd edilməsi vacibdir.

Daha öncə dərc və çap olunmuş əsərlər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak edəcək namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Məqalələrin həcmi 5.000-30.000 (beş-otuz min) işarə (probelsiz) olmalıdır.

Müsabiqəyə əsər qəbulu 2019-ci ilin 21 yanvarından, həmin ilin 20 mayına qədər davam edəcək.

Müsabiqənin mükafatlandırılma mərasimi 2019-cu ilin oktyabr ayında keçiriləcək.

Müsabiqənin mükafat fondu:

Mükafat diplom və puldan ibarətdir.

I yer – 1000 (min manat) manat – (bir yer)

II yer – 700 (yeddi yüz) manat – (bir yer)

III yer – 500 (beş yüz) manat – (bir yer)

Həvəsləndirici mükafat – 150 (yüz əlli manat) manat – (altı yer)

Müsabiqəyə təqdim olunan əsərlər üçün lazımi sənəd:

Şəxsiyyət vəsiqəsinin surəti

Müsabiqənin iş prosesi:

Məqalələr nömrələnmiş qaydada (imzasız) mükafatın işçi qrupuna (ekspertlərə) təqdim edilir. İşçi qrupu ən yaxşı 20 əsəri seçib münsiflər heyətinin üzvlərinə təqdim edir.

Qalib əsərlərin sonrakı seçimi iki mərhələ üzrə aparılır: Birinci mərhələdə 20-likdən 10-luq seçilir. İkinci mərhələdə isə qaliblər müəyyən edilir.

Əsərlər 1-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir

7News.Az

Xəbər lenti