KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV FRANSANIN OKSİTANİ REGİONUNUN PREFEKTİ İLƏ GÖRÜŞÜB

KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV FRANSANIN OKSİTANİ REGİONUNUN PREFEKTİ İLƏ GÖRÜŞÜB

Fransada səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Oksitani regionunun prefekti Etyen Quyo ilə görüşüb.

Görüşdə Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən islahatlar, aqrar sahənin inkişaf istiqamətləri, texnologiyaların tətbiqi, elmi araşdırmalar haqqında məlumat verilib. Həmçinin ölkəmizin Fransa regionları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Prefekt E.Quyo qeyd edib ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsində bütün imkanları sərf etməyə, lazımi dəstəyi verməyə hazırdır. O, azərbaycanlı nazirin fransız həmkarı ilə görüşü barədə də məlumatı olduğunu diqqətə çatdırıb.

Nazir İ.Kərimov Fransanın növbəti ildə Bakıda keçiriləcək ənənəvi "Caspian Agro” beynəlxalq sərgisində daha geniş formatda iştirak etməyi planlaşdırdığını diqqətə çatdıraraq, Oksitani regionundan olan şirkətləri də sərgiyə dəvət edib. O, Fransanın kənd təsərrüfatı şirkətlərini ölkəmizdə fəal olmağa çağırıb və dövlət tərəfindən fermerlərə verilən güzəştlərdən, subsidiyalardan söz açıb. Vurğulayıb ki, fransız şirkətləri Azərbaycana gəlməklə ölkədə həyata keçirilən irimiqyaslı beynəlxalq infrastruktur layihələrindən yararlanaraq, Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirə bilərlər.

İnam Kərimov, həmçinin kənd təsərrüfatı texnikası satışı bazarının liberallaşmasından, investisiya yatırmaq sahəsində yaradılan münbit şəraitdən danışaraq, Oksitani regionunun şirkətlərini ölkəmizdə investisiya layihələri həyata keçirməyə dəvət edib.

Oksitani prefekti E.Quyo kənd təsərrüfatı sahəsində yaradılan şəraitlə tanış olmaq üçün ölkəmizə dəvət olunub və o, bu dəvəti məmnunluqla qəbul edib.

KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV FRANSANIN OKSİTANİ REGİONUNUN PREFEKTİ İLƏ GÖRÜŞÜB
KƏND TƏSƏRRÜFATI NAZİRİ İNAM KƏRİMOV FRANSANIN OKSİTANİ REGİONUNUN PREFEKTİ İLƏ GÖRÜŞÜB

Xəbər lenti