RU
lombard
'Kimin şərəfi varsa, sabahdan McDonald'sa getməsin' - BOYKOT BAŞLADI
09:49
4663

'Kimin şərəfi varsa, sabahdan McDonald'sa getməsin' - BOYKOT BAŞLADI

Saytımız xəbər verir ki, 'McDonalds'ın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı sosial şəbəkədə etdiyi paylaşımı silməsi, minlərlə insanın haqlı narazılığına səbəb olub. İnsanlar kütləvi şəkildə bu restoru baykot eləməyə çağrılır. Müraciətdə deyilir: 
- Sabahdan etibarən hər kəs McDonald'sın yeməklərindən imtina etməlidir. Özünə, şəhidlərimizə, xalqımıza hörmət edən hər kəs günü sabahdan McDonald'sa daha getməməlidir.

- Səbəbini də yəqin bilirsiniz. McDonald's Ermənistanın Bərdədə törətdiyi terrorun əleyhinə post paylaşaraq erməniləri tənqid etmişdi. "Qarabağ Azərbaycandır" yazmışdı. Az sonra isə həmin postu sildi. 

- Əslində bu o deməkdir ki, McDonald's dolayısı ilə Ermənistanın terrorçu hərəkətlərini dəstəkləyir. 21 nəfərin ölümünə, 7 yaşlı Aysunun qətlə yetirilməsinə dəstək verir. Bunun başqa adı yoxdur. 

- Görün necə bir şərəfsiz düşmənlə üz-üzəyik. Ordusu cəbhədə it kimi qırılır, məğlub olduqlarına görə mülki əhalini hədəf alırlar. 

- McDonald's kimi ermənipərəst restoranlar isə ölkəmizdə pul qazanaraq dolayısı ilə ermənilərə dəstək olurlar. Yazdıqlarını da silirlər. Bizə belə riyakarlar lazım deyil. 

- Kimin şərəfi varsa, sabahdan McDonald'sa getməsin. Bu, milli məsələdir və bu postu yazdığımıza görə kimsə bizi qınaya bilməz. 
Hər kəsin bir balaca qarnı var, başqa yerdə yeyin, tüpürdüyünü yalayan McDonald'sa pul qazandırmayın.

- Biz bir dəfə bacarmışdıq. Bakıda erməni əsilli qadının "AnderSon" restoranından olan gəlirlərini, şərikliyini kəsdik, restoranın adını da dəyişməyə məcbur oldular. Bu dəfə də bacaracağıq./mingecevir.org

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ