"Kişiləri ehtiraslandırmayım deyə əvvəllər oğlan kimi geyinirdim" - FOTO

ABŞ-ın məşhur aktrisası Cessika Alba etirafı ilə gündəm olub.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı kaliforniyalı aktrisa çox mühafizəkar ailədə doğulduğunu dilə gətirib.

Onun dediyinə görə, bir zamanlar yediyi yeməyə diqqət edib ki, bədən quruluşu ilə kişiləri ehtiraslandırmasın. Hətta ailəsi ona dar cins geyinməyə qadağa qoyub ki, arxası paltardan bilinməsin.

"Əvvəllər oğlan kimi geyinirdim, az yeyirdim ki, bədənim kişiləri ehtiraslandırmasın", - o, sağlamlıqla bağlı keçirilən konfransda söyləyib.

 

Qeyd edək ki, Keş Uarren ilə ailəli olan aktrisanın 3 övladı var.

7News.Az

Xəbər lenti