"Kıvanc Tatlıtuğ zövqümdə deyil" - Xatun

"ATV maqazin onlarla" verilişi müğənnilər arasında sorğu apararaq, izlədikləri serialların adını soruşub. 

7News.Az-ın məlumatına görə, xalq artisti Məleykə Əsədova "Kızım" serialına baxdığını söyləyib. 

Müğənni Roza Zərgərli "Santa Barbara", "Qvadalupe", "Prosto Mariya" kimi ekran işlərini izlədiyini söyləyib. İfaçı hətta Qvadalupenin həyatını yaşamağı arzuladığını etiraf edib. 

Sevda Yahyayeva isə "Kara sevda", "Aşkı memnu"nu izlədiyini açıqlayıb. Sevda ekran işindəki Emiri çox bəyəndiyini bildirib.

Lətifə Soyuöz isə "Aşkı Memnu" heyranı olduğunu söyləyib. 

Xatun isə "Ya aktrisa, ya aktyor xoşuma gəlməlidir. İndi kimi soruşursan "Hercai"yə baxır. "Kuzey Güney"ə baxırdım, amma Kıvaçn Tatlıtuğ zövqümdə deyil. Ağ və sarışın oğlanları xoşlamıram" deyə, bildirib. 

Samir Cavadzadə isə "Game of Thrones" fanatıdır.


 

7News.Az

Xəbər lenti