KOBİA və “Deloitte & Touche” arasında Niyyət Protokolu imzalanıb

KOBİA və “Deloitte & Touche” arasında Niyyət Protokolu imzalanıb
7NEWS.az xəbər verir ki, "Bakutel 2019” Sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Deloitte Touche” arasında kiçik və orta biznesə dəstək məqsədilə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Deloitte Touche”ın İdarəedici partnyoru Nuran Kərimov tərəfindən imzalanmış sənədə əsasən tərəflər startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakı, onların potensialının artırılması, yeni biznes ideyalarının dəstəklənməsi, innovativ KOB konsepsiyalarının həyata keçirilməsi, biznes subyektlərinin maarifləndirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Xəbər lenti