Konor dağıstanlıları təhqir etdi, oteli mühasirəyə aldılar - VİDEO

Konor dağıstanlıları təhqir etdi, oteli mühasirəyə aldılar - VİDEO

Bir qrup dağıstanlı UFC-nin ulduz döyüşçüsü Konor Makqreqorun qaldığı "Rits-Karlton" otelini mühasirəyə alıblar.

Bu barədə "Sport24"ün "Twitter" səhifəsi məlumat yayıb. 

Buna qədər Makqreqor rusiyalı çempion Həbib Nurmaqomedov və dağıstanlıların ondan qaçması barədə paylaşım edib. 

"Bu gün Konorun müraciətini gördük. O deyir ki, dağıstanlılar ondan qaçırlar. Biz "Rits-Karlton" otelinin qarşısına gəlsək də, onun oteldə olmadığını dedilər. Biz səliqəli şəkildə onu gözləməyi qərara almışıq",-deyə otelin qarşısına toplaşan şəxslərdən biri bildirib. 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları otelin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib./baku

Xəbər lenti