lombard

Koronavirus 2019-cu ilin oktyabrında kosmosdan gəlib - YENİ İDDİA

Koronavirus 2019-cu ilin oktyabrında kosmosdan gəlib - YENİ İDDİA
Dünyanı bir-birinə qatan koronavirus 2019-cu ilin oktyabrında kosmosdan Çin üzərində partlayan meteoritlə gəlib.

Koronavirus 2019-cu ilin oktyabrında kosmosdan gəlib - YENİ İDDİA

7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, bu iddianı britaniyalı professor Çandra Vikramasinqh irəli sürüb.

O, hesab edir ki, koronavirus 40-60 dərəcə şimal enliklər arasında atmosferdə yayılıb, çünki əsas infeksiya halları məhz burada aşkarlanıb.

Professor "panspermiya" nəzəriyyəsinin tərəfdarıdır. Bu nəzəriyyəyə əsasən, kainatda həyat kometa, meteorit və kosmik tozlar vasitəsilə yaranıb və yayılıb.

Bəzi virusoloqlar professorun bu fikri ilə razılaşmırlar, çünki "COVID-19" elmə məlum olan digər koronaviruslara bənzəyir. Bu isə onun da insan bədəninə meteoritlə deyil, heyvanlardan daxil olduğunu göstərir.

7News.Az

Xəbər lenti