RU
lombard
Koronavirusdan ölənlərin sayı 1500-ü keçdi
11:10
176

Koronavirusdan ölənlərin sayı 1500-ü keçdi

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb. Ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin sayında isə artım davam edir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib. Həkimlər onların yenidən virusa yoluxmalarını istisna etmirlər.
 

Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (2277 nəfər) və ölüm (139 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb.
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ