RU
lombard
Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb
13:00
288

Koronavirusdan sağalmış şəxslərdə eşitmə problemləri aşkarlanıb

Böyük Britaniyanın Mançester Universitetinin alimləri koronavirusa yoluxub sağalmış şəxslərdə eşitmə ilə bağlı problemlər aşkar edib.

7News.Az Trend-ə istinadən bildirir ki, mütəxəssislər 121 xəstə üzərində müşahidə aparıb. Onlardan 16 nəfəri eşitmə qabiliyyətinin zəifləməsi ilə bağlı şikayət edib.

Bu cür problemlər həmin xəstələrdə xəstəxanadan buraxılandan iki ay sonra qeydə alınıb.

Mütəxəssislər hesab edir ki, eşitmənin zəifləməsinə stress və infeksiyaya qarşı istifadə olunan preparatlar təsir edə bilər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ