RU
lombard
Kriminal aləmə dəstək verən Hüseynbala Mirələmov təşvişdə
11:30
12092

Kriminal aləmə dəstək verən Hüseynbala Mirələmov təşvişdə

Kriminal aləmə dəstək verən, “prestupnı mir”in qanunları ilə yaşayan “Şohrət” ordenli deputat  - Hüseynbala Mirələmov

 

Xəbər verdiyimiz kimi 7News.az informasiya portalı KİV nümayəndələri arasında “Seçki2015” rubrikası çərçivəsində sorğulara start verib. Növbəti araşdırmamız 33 saylı Xətai 1-ci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Hüseynbala Mirələmov haqqındadır.

Zaman-zaman mətbuatda deputatların fəaliyyəti ilə bağlı sorğular həyata keçirilib. 33 saylı Xətai 1-ci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Hüseynbala Mirələmov haqqında media faktları təqdim edirik. 

Hüseynbala Mirələmov kriminal aləmə dəstək verib?

Deputat və onun qətl törədən qardaşı oğlu barədə yeni məlumatlar

Hüseynbala Mirələmova məxsus “1001 gecə” istirahət mərkəzində baş verən qanlı insidentdən sonra deputat və onun olayı törədən qardaşı oğlu Rəşad Mirələmovla bağlı məlumatların ardı-arası kəsilmir. Bu mövzuda növbəti maraqlı məlumatları “Reytinq” qəzeti dərc edib. 
Qəzet yazır ki, Rəşad Mirələmovun cinayətkar aləmlə əlaqəli olduğunu deyən deputat daim qardaşıoğluna dəstək verib. Hətta bundan əvvəl qətl törətdiyinə görə həbsxanaya düşən qardaşıoğlunun vaxtından azad edilməsini də Hüseynbala Mirələmov təmin edib. Qəzet yazıb ki, Rəşadın qardaşları, mərhum Zaur və Fazil də həbsxana həyatı yaşayıblar. Fazil indi də həbsdədir. Deputatın polis oğlu Fərid tez-tez ona baş çəkir.
Məlumatlarda o da qeyd olunur ki, Fazil Mirələmovun 11 saylı cəzaçəkmə müəssisəsindən 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi də təsadüfi olmayıb. Məsələ burasındadır ki, 2010-cu il parlament seçkiləri zamanı Hüseynbala Mirələmov Xətaidən namizədliyini verib və oradan mandat alıb. 7 saylı həbsxana da bu ərazidə yerləşir. Seçki vaxtı Hüseynbala Mirələmov həmin zon da məhkumların şəraitini yaxşılaşdırmaq istiqamətində bir sıra işlər görüb və buna görə də  məhkumlar arasında böyük hörmət də qazanıb. Bu baxımdan deputat qardaşı oğlunu nüfuz sahibi olduğu kaloniyaya köçürüb. 
Qəzet əlavə edib ki, Rəşad Mirələmov həbsxanada olarkən kriminal aləmin nüfuz sahibləri ilə problem yaşayıb. Deputatın qardaşı oğlu məhkumlarla həbsxana rəhbərliyi arasında yaranan narazılıq səbəbindən orada yanğın törədib. Lakin bu addım “polojeneç”lə razılaşdırılmayıb. Bu isə kriminal qaydalara ziddidir. Bu baxımdan da Rəşad Mirələmov  “razborka” üçün Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasına aparılır və oranın “Psix” şöbəsindəki “gərgin söhbət” nəticəsində onu vururlar. Həmin söhbəti nüfuzlu kriminal avtoritet “Şəmkirli Vidadi” aparıb. Lakin sonradan nüfuzlu “qanuni oğru”lar mərhum “Masallı Mamed” və “Rövşən Lənkəranski” “Şəmkirli Vidadi”ni Rəşaddan üzr istəməyə məcbur edib.
Xatırladaq ki, Rəşad Mirələmov “1001 gecə” istirahət kompleksində odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu öldürüb, Imişli rayon sakini Mənsimov Səməd Ibadət oğlunu isə yaralayıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Ramal Bayramovla Səməd Mənsimovun da kriminal aləmlə əlaqəli olduqları bildirilir. Həmçinin məlumatlara görə, hər iki şəxsin general Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovla dostluq münasibəti olub. Ramal Bayramovun həm də Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin mühafizəçisi olduğu deyilir./azadlıq

HÜSEYNBALA MİRƏLƏMOV QARDAŞI OĞLUNU SÖYDÜ

“Öldürənin də atasına lənət, o birinə də deyəcəm indi...”

Deputat Hüseynbala Mirələmov ona məxsus “1001 Gecə” istirahət mərkəzində baş verən qanla olay zamanı öldürülən Ramal Bayramovun əmisinin prezidentə müraciətinə münasibət bildirib. Deputat Mərhumun əmisi Atlıxan Bayramovun deputatın oğlu Fərid Mirələmovun həbsini tələb etməsinə belə reaksiya verib: “Mən prokuror deyiləm, müstəntiq deyiləm. Öldürənin də atasına lənət, o birinə də deyəcəm indi. Ağzımı açdırmayın də! Qurtarın də! Əsəblərimi pozmusuz”. 

Qeyd edək ki, 2012-ci il iyulun 17-də deputatın qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, Səməd Mənsimovu isə yaralayıb. Bu qanlı olaydan bir neçə ay əvvəl isə R.Bayramova digər bir şəxs atəş açıb. Həmin vaxt R.Bayramov təsadüf nəticəsində sağ qalıb. Bu qalmaqallı iş üzrə ibtidai istintaq hələ sona çatmayıb. Bir neçə gün öncə isə A.Bayramovun prezidentə müraciət edərək F.Mirələmovla yanaşı Paşa Tofiq oğlu Paşayevin həbs olunmasını istəyib. Müraciət müəllifi qardaşı oğlunun ölümündə günahkar şəxslərin istintaqdan yayındırıldığını açıqlayıb: “Paşa Paşayev qardaşım oğlunu öldürmək məqsədi ilə vurub qaçdıqdan sonra o, xəstəxanada xeyli müalicə olundu. Sağaldıqdan sonra Ukraynaya gedib bir müddət orada yaşadı. 6 iyul 2012-ci ildə oradan qayıtdı. 10 gün sonra Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlu, Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin rəisi Fərid Mirələmov və deputatın qardaşı oğlu Rəşad Mirələmov əvvəlcədən əlbir olaraq, silahlı dəstə yaradaraq məhrum Ramalı hadisə yerinə çağırıblar. Orada isə məlum hadisə baş verib. Fərid Mirələmov cinayət baş verərkən yuxarıda qeyd etdiyim kimi polis bölməsinin rəisi olub. Fərid Mirələmov polisə işə götürülərkən dövlət tərəfindən üzərinə asayişin keşiyində durmaq vəzifəsi qoyulub və and içib ki, öhdəsində olan vəzifəni namusla yerinə yetirəcək. Hesab edirəm ki, Fərid Mirələmov əmisi oğlu ilə özlərinə məxsus olan “1001 Gecə” restoranına Ramalı çağıraraq öldürməklə sifariş yerinə yetiriblər. Fərid Mirələmov əvvəlcədən əmisi oğlu Rəşad Mirələmovda qanunsuz odlu silahın olduğunu da bilib. O, bir polis rəisi və polis zabiti kimi birmənalı olaraq vəzifəsindən istifadə edərək törədiləcək hadisənin qarşısına ala bilərdi”./musavat

İSMİ KRİMİNAL ALƏM VƏ MİLYONLUQ QALMAQALLARDA HALLANAN DEPUTAT - HÜSEYNBALA MİRƏLƏMOV

Parlamentin biznesmen deputatlarından biri də qalmaqallı "1001 gecə” restoranının sahibi Hüseynbala Mirələmovdur. O 33 saylı Xətai 1-ci Seçki Dairəsindən deputat seçilib. Bu ilki seçkilərdə də həmin dairədən hakim partiyanın namizədidir. 

Qeyd edək ki, bir müddət əvvəl deputatın qardaşı oğlu "1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri isə yaralamışdı. Belə ki, deputatın qardaşı oğlu Rəşad Mirələmov 2012-ci ilin iyulun 17-də həmin restoranda silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.

O zaman bu olayla bağlı yaydığı iddiada o da vurğulanırdı ki, H. Mirələmovun polis orqanlarında çalışan oğlu da qətl törədilən zaman "1001 gecə”də olub. Lakin o, bu hadisənin qarşısını almayıb və əslində bu işdə tərəf kimi çıxış edib. Daxili işlər naziri Ramil Usubovun göstərişi ilə bu məsələnin araşdırıldığı və deputat oğlunun polis orqanlarından uzaqlaşdırıldığı da bildirilirdi. Həmin hadisənin oğru dünyasında xüsusi söz sahibi sayılan Rövşən Lənkəranski ilə əlaqəli olduğu da xüsusi vurğulanır.

Bu mövzuda yayılan xəbərlərdə deyilir ki, Rəşad Mirələmovun cinayətkar aləmlə əlaqəli olduğunu deyən deputat daim qardaşı oğluna dəstək verib. Hətta bundan əvvəl qətl törətdiyinə görə həbsxanaya düşən qardaşı oğlunun vaxtından əvvəl azad edilməsini də Hüseynbala Mirələmov təmin edib.

Deputatın qardaşı oğlu tərəfindən öldürülən Ramal Bayramovun anası Nənəş İsmayılova da "Azadlıq” qəzetinə və digər mətbuat orqanlarına açıqlamalarında oğlunun sifariş əsasında qətlə yetirildiyini bildirmişdi. Belə olanda Hüseynbala Mirələmov da bir müddət ehtiyat edirmiş ki, sifarişçi qismində məsuliyyət həm də onun üzərinə qoyula bilər.

Bir müddət öncə deputat haqqında Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) Lerik rayon peşə məktəbinin keçmiş müəllimi Eldar Cəfərov mətbuat konfransı keçirərək də şok faktlar açıqlayıb. O deyib ki, Lerik Rayon Təhsil Şöbəsinə müdiri Balaşirin Nəsirov Bakının girəcəyində, sahil zonasında Hüseynbala Mirələmova məxsus "1001 gecə” istirahət zonası ilə "işləyir”. Təhsil sahəsindən daha çox qəssabçılıqla məşğul olan Balaşirin Nəsirov Lerikdə 1 kiloqramı 5 manata olan çəpiş, keçi ətini həmin istirahət zonasında ceyran əti adı ilə satdırır. Araşdırma nəticəsində məlum olub ki, Metal Konstruksiyalar Zavodu da Mirələmova məxsus imiş. Sadəcə olaraq millət vəkili olduğu üçün bu biznesini öz adına yox, bacısı uşaqlarının adına sənədləşdirib və oranın idarəolunmasını da məhz bacısı uşaqlarına həvalə edib.

Mətbuatın yazdığına görə, restoranla bərabər millət vəkilinin Xətai rayonu ərazisində bir neçə obyekti də var. Deputatın Səbail rayonu ərazisində də bir neçə iri müəssisəsi fəaliyyət göstərir. Daha dəqiq desək, MM üzvü həmin yerləri xarici şirkətlərə aylıq icarəyə verib.

Xətai rayonundan olan seçici Mustafa Hacıbəyli Yenicag.az-a açıqlamasında Xətai seçicilərinin çoxunun H. Mirələmovu tanımadığını bildirdi: "Bir seçici olaraq heç zaman Hüseynbala Mirələmova səs verməmişəm, indi də verməyəcəm. Çünki, onun bu illər ərzində bir dəfə də olsun fəaliyyətini görməmişik. Nə Xətai seçiciləri onun fəaliyyətini görüb. Nə də Azərbaycan ictimaiyyəti onun bir fəallığını görməyib. Ümumiyyətlə, onun deputat olaraq nə iş gördüyündən xəbərimiz yoxdur. Hətta Xətai seçicilərinin böyük əksəriyyəti onu heç tanımır da. Deputatların biznes fəaliyyətilə məşğul olması qanunla qadağandır. Amma Azərbaycanda reallıq tamamilə başqadır. Ölkəmizdə qanunlar ancaq kağız üzərində qalır. Deputatlar biznes fəaliyyətilə məşğul olur, eyni zamanda böyük məbləğdə kreditlər də götürüblər. Azərbaycanda deputatların əksəriyyəti dövlətin böyük məbləğdə vəsaitini götürüb, onları qaytarmamaqla zənginləşib ki, onlardan biri də Hüseynbala Mirələmovdur”.

Qeyd edək ki, Hüseynbala Mirələmovun ən ciddi rəqibi  33 saylı Xətai birinci seçki dairəsindən ən gənc namizəd Ruslan İzzətlidir.

Hüseynbala Mirələmov üçüağıgünlə

1 noyabr parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi ab-hava daha da gərginləşir. Seçkiyə qatılanlar, namizədliyi qeydə alınanlar, təbii ki, bu gərginliyi daha çox hiss edirlər. Hazırda xüsusi gərginlik içində olanlardan biri də 33 saylı Xətai 1-ci Seçki Dairəsindən namizədliyi qeydə alınmış Hüseynbala Mirələmovdur. YAP tərəfindən namizədliyi irəli sürülmüş H.Mirələmovun əndişələnməsi daha çox iki səbəblə izah edilir.

Birincisi, ötən illər ərzində seçicilərin etimadını doğrultmaması, onları özündən kəskin şəkildə narazı salması, ikincisi isə ciddi bir rəqiblə -33 saylı Xətai birinci seçki dairəsindən ən gənc namizəd Ruslan İzzətli üz-üzə qalmasıdır.

Birinci səbəblə bağlı fikir irəli sürərkən ilk növbədə xatırladaq ki, H.Mirələmov adı çəkilən dairədən artıq iki dəfə 2005 və 2010-cu illərdə millət vəkili seçilib, bu onun artıq üçüncü cəhdidir.

Təəssüf ki, ötən 10 il ərzində H.Mirələmov seçicilərin etimadını doğrultmaq, onların hörmətini qazanmaq üçün heç bir iş görməyib. Sakinlərin problemləri ilə maraqlanmayıb, onların müraciətlərinə laqeyid yanaşıb. Millət vəkilinin Əhmədli qəsəbəsində, “Bakı” kinoteatrının yaxınlığındakı “Murad” şadlıq sarayı ilə üzbəüz yerləşən seçki qərargahının – şəxsi ofisinin qapısı illərlə bağlı qalır. Qeyd edək ki, həmin ofis yalnız seçkidən- seçkiyə qapılarını seçicilərin üzünə taybatay açır. H.Mirələmovun sədri olduğu YAP Xətai rayon Şöbəsinin binasına da yaxın düşmək qeyri-mümkündür. Buraya yüz dəfə müraciət etsən, yalnız bir cavab eşidərsən: “Hüseynbala müəllim yerində yoxdur”. Ötən illər ərzində millət vəkilinin seçicilərə verdiyi vədləri yerinə yetirməməsi artıq hər kəsə bəllidir. Seçicilərin ciddi narazılığına səbəb olan bir fakta diqqət yetirmək yəqin ki, yerinə düşər. Seçki dairəsinin ərazisində yerləşən Məhəmməd Hadi küçəsindəki 1, 2, 7, 9, 21 və 23 nömrəli, Sarayevo küçəsindəki 73 nömrəli, Məzahir Rüstəmov küçəsindəki 10 nömrəli binaların, həmçinin, digər ərazilərdə yerləşən bir neçə binanın sakinləri dəfərlərlə bildiriblər ki, yaşadıqları evlərin zirzəmiləri su ilə dolub və bu onlara çox ciddi problemlər yaradır. Ancaq təəssüflə qeyd edilməlidir ki, həmin suların təmizlənməsi və problemlərin birdəfəlik həlli üçün millət vəkili aidiyyatı qurumlar qarşısında məsələ qaldırmayıb, bununla bağlı heç bir addım atmayıb.

H.Mirələmovdan ciddi şəkildə narazı olan seçicilər bir müddət əvvəl ona xəbər göndəriblər ki, namizədliyini başqa dairədən irəli sürsün. Nə qədər gec deyil, H.Mirələmova dairəsini dəyişməyi, onu tanımayanları aldatmağı məsləhət biliblər. Çünki, əvvəlki iki seçkidə verdiyi yalançı vədlər bu dəfə işə keçməyəcək. Artıq onun kimliyi, nəyə qadir olduğu hər kəsə bəllidir.

Ancaq H.Mirələmov deyilənlərə fikir verməyib və üçüncü dəfə eyni dairədən deputat seçilməyə israrlı olduğunu nümayiş etdirib. O, fikirləşir ki, ötən seçkilərdə olduğu kimi yenə də 40-50 nəfər ətrafına adam yığacaq və seçicilərlə görüşə gedəcək. Həmin adamlar da kütlənin içindən “Ura” sədaları ilə ona dəstək verəcək və beləliklə də, “seçicilərinin rəğbətini qazanıb” görüntüsünü yaradacaq. Lakin, H.Mirələmovun bu arzusu çox güman ki, baş tutmayacaq. Çünki, seçicilər “Bakı” kinoteatrında nəzərdə tutulan görüşdə ona əməlli-başlı “sürpriz” hazırlayıblar.

Görüş zamanı sifarişli çıxışlara da imkan verilməyəcək. Xatırladaq ki, 2010-cu ildə belə çıxışlardan biri rəsmi dövlət qəzetlərindən birinin əməkdaşı tərəfindən edilmiş və kəskin narazılıqla qarşılanmışdı.

Seçiciləri H.Mirələmovdan narazı salan, ən çox qıcıq yaradan tələblərdən biri də onun görüşlərə çoxsaylı mühafizəçilərlə gəlməsi və özünü fövqəladə şəxs kimi, az qala hansısa ölkənin prezidenti kimi göstərməyə çalışmasıdır.

H.Mirələmovun seçki prosesində atdığı ən diqqət çəkən addımlardan biri , hər binadan bir neçə şəxsi ələ alması və onların vasitəsilə iş aparmasıdır. Artıq gözü açılan seçicilərin bu oyuna da gedəcəkləri mümkünsüzdür.

Seçicilər Hüseynbala Mirələmovdan Ruslan İzzətliyə şikayət etdilər 

Ruslan İzzətli Xətaidə görüşlərini davam etdirir.

Ruslan İzzətlinin Seçki Qərargahının yaydığı məlumata görə D18 Hərəkatının başqanı, 33 saylı Xətai birinci seçki dairəsindən ən gənc namizəd Xətai qapı-qapı gəzərək seçicilərilə görüşür, onların problemləri ilə maraqlanır.

Bu gün Ruslan İzzətli Seçki Qərargahının üzvlərilə birgə Babək prospektindəki seçiciləri ilə də görüşüb. Onların problemin dinləyən namizəd seçki platforması, ölkədəki sosial-iqtisadi vəziyyət və təklifləri haqda çıxış edib.

Seçicilər rayonun lokal problemləri ilə yanaşı, ölkədə baş verən sosial-iqtisadi problemlər haqda danışıblar. Seçicilər 10 ildir ki, dairədən deputat seçilən Hüseynbala Mirələmovun yarıtmaz fəaliyyətindən narazılıqların bildiriblər.

Qeyd edək ki, Hüseynbala Mirələmov 2010-cu ildə saxtakarlıqla seçilməsi haqda Avropa İnsan Haqları Məhkəməsi qərar verib, məhkəmə Azərbaycan hakimiyyətini 30 min avro cərimələyib.

Tanınmış hüquqşünas Ruslan İzzətlini dəstəklədi

Tanınmış hüquqşünas Ələsgər Məmmədli 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, D18 hərəkatının lideri Ruslan İzzətliyə dəstək aksiyasında iştirak edib.

Parlameti dövlətin düşünən beyni olaraq qiymətləndirən Ə.Məmmədli məhz belə bir qurumda Ruslan İzzətli kimi gənc, enerjili və kifayət qədər intellektuallı gənclərin təmsil olunmasını vacib hesab edir:

“Dövləti canlı orqanizm kimi düşünsək Parlament dövlətin başı, düşünən beynidir. Parlament seçkiləri cəmiyyət üçün çox böyük əhəmiyyət kəsb edir. Cəmiyyət onu idarə edənləri seçir. Bu baxımdan cəmiyyəti təmsil edən şəxslər kifayət qədər intellektual, qabiliyyətli, zəki və bacarıqlı olmalıdırlar.

Ruslan İzzətli gənc olmasına baxmayaraq kifayət qədər siyasi savada malik, eyni zamanda ideoloji hazırlığı olan bir gəncdir. Mən əminəm ki, onun kimi gənclərin parlamentdə təmsil olunması Azərbaycan parlamentinin gücünə güc qatacaq və Azərbaycanın kifayət qədər tanınmasında çox önəmli rolu olacaq.

Ruslan İzzətliyə səs verilsə, seçicilər əminəm ki, 5 il ərzində dinamik, enerjili bir millət vəkilinə sahib olacaqlar. Bu baxımdan biz Ruslan İzzətli kimi gəncləri seçib parlamentə göndərsək ölkəmizin gələcəyi əmin əllərdə olacaq.

Mən qarşıdan gələn seçkilərdə bütün seçiciləri Ruslan İzzətliyə səs verməyə çağırıram!!!

Qubad İbadoğlu seçiciləri Ruslan İzzətliyə səs verməyə çağırdı

Qubad İbadoğlu da Ruslan İzzətlini dəstəklədi

 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlu da 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, D18 Hərəkatının lideri Ruslan İzzətlini dəstəklədiyini açıqlayıb.

Qubad İbadoğlunun açıqlamasında bildirilir: "Noyabrın 1-nə təyin olunmuş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş gənc ictimai-siyasi xadim, D18 Hərəkatı lideri Ruslan İzzətlini dəstəklədiyimi bildirməklə yanaşı, həmin dairədə səsvermə hüququ olan vətəndaşlarımızı səsvermədə iştirak etməyə çağırır, onlara seçim edən zaman Ruslan İzzətliyə səs verməyı xahiş edirəm".

Qeyd edək ki, ötən gün tanınmış hüquqşünas Ələsgər Məmmədli də Ruslan İzzətlini dəstəklədiyini bildirmişdi.

Keçmiş Nazir də Ruslan İzzətlini dəstəklədi

Keçmiş təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, D18 hərəkatının lideri Ruslan İzzətlini dəstəklədiyini bildirib.

Firudin Cəlilov seçicilərə səslənib, onların noyabrın 1-də dairənin ən gənc namizədi Ruslan İzzətliyə səs verməyə çağırıb. Çıxışında bildirib ki, Ruslan İzzətlini yaxşı tanıyır. Seçici intellektual və hər zaman haqqı deyən Ruslan İzzətlini dəstəkləsə övladının gələcəyini dəstəkləmiş olacaq.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ