ÇL-in finalında meydana yarıçılpaq çıxan qızdan daha bir şok addım - FOTOLAR

ÇL-in finalında meydana yarıçılpaq çıxan qızdan daha bir şok addım - FOTOLAR
Çempionlar Liqasının "Liverpul"la "Tottenhem" arasında keçirilən final matçı zamanı yarıçılpaq şəkildə meydana çıxaraq bütün dünyada məşhurlaşan Kinsi Volanski eyni hərəkəti Braziliyada təkrarlamaq istəyib.

O, Amerika Kubokunun finalında keçirilən Braziliya - Peru matçında da yarıçılpaq şəkildə meydana çıxmaq istəyib. Lakin planını həyata keçirə bilməyib. 

Belə ki, Kinsi Volanski və blogger segilisi Vitali Zdorovetski xarici görnüşlərini dəyişərək meydana yarıçılpaq şəkildə çıxmaq istəyib. Amma təhlükəsizlik qüvvələrinin əməkdaşları onları yaxalayıb. Bu barədə onlar özləri açıqlama verib. Bir müddət polis nəzarətində qalana Kinsi Volanski və Vitali Zdorovetski daha sonra sərbəst buraxılıb./Fanat.Az

7News.Az
 














Xəbər lenti