Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında - FOTO

Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında - FOTO

Mayın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında olublar.

 Leyla Əliyeva və akademiyanın tələbələri klinikada müalicə alan uşaqlarla görüşərək onlara rəsm çəkməyi öyrədiblər.

Leyla Əliyevanın, Rəssamlıq Akademiyasının tələbələrinin bu təşəbbüsü, uşaqlarla birlikdə rəsm çəkmələri balacalar üçün əsl sürpriz olub. Bu, ağır xəstəlikdən əziyyət çəkən uşaqların əhval-ruhiyyəsini yüksəldib.

 

 

7News.Az

Xəbər lenti