Leyla Əliyeva müsabiqə qaliblərinin bir qismi ilə görüşüb - GƏNCLƏR FONDUNDA

Leyla Əliyeva müsabiqə qaliblərinin bir qismi ilə görüşüb - GƏNCLƏR FONDUNDA
6 sentyabr tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil edilmiş "Xaricdə təhsilin maliyyələşdirilməsi" müsabiqəsinin qaliblərinin bir qismi ilə görüşüb. Xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə magistr təhsili almaq hüququ qazanan gəncləri təbrik edən Leyla Əliyeva, onlara təhsillərində uğurlar arzulayıb.
 
7News.Az

Xəbər lenti