Leyla Məmmədova: "O yarmarkanı biz təşkil etməmişik" - RƏSMİ

Leyla Məmmədova:

Dövlət Aqrar Ticarət Şirkətinin direktoru sosial şəbəkələrdə yarmarkalarla bağlı yayılmış görüntülərə cavab verdi

"Dövlət Aqrar Ticarət Şirkəti "Kənddən şəhərə" brendi altında Nizami, Yasamal rayonlarında, bu gündən etibarən isə Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkasını təşkil edir. Digər yerlərdə təşkil olunan yarmarkaların Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Aqrar Ticarət Şirkətinə aidiyyəti yoxdur". Bu açıqlamanı "Yeni Müsavat"ən sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova verib.

O bildirib ki, təmsil etdiyi qurum müasir tipli yarmarkaların təşkili ilə məşğuldur: "Bizim yarmarkalar fermerlər üçün yeni satış platforması rolunu oynayır. Bölgələrdən fermerlərin məhsulu birbaşa, vasitəçi olmadan yarmarkaya çıxarmasını təmin edir, onlara nəqliyyat dəstəyi göstəririk. Nəticə etibarilə bizim təşkil etdiyimiz yarmarkalarda bu səbəblərdən qiymətlər daha ucuz olur. Bunu alıcılar da, fermerlər də təsdiqləyə bilər. Bizim yarmarkalarda gigiyenik normalara riayət olunması əsas şərtlərdən biridir. Dövlət Aqrar Ticarət Şirkəti öz təşkil etdiyi yarmarkaların fəaliyyətinə cavabdehdir".

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtda fəaliyyət göstərən yarmarkalardan birindən çəkilmiş görüntülər yayımlanıb. Kənd

Təsərrüfatı Nazirliyindön görüntülərin bu qurumun təşkil etdiyi yarmarkalara aid olmadığına dair açıqlamalar verilib.

Xəbər lenti