Litvintsev: Azərbaycan vətəndaşı olduğum üçün mənə təzyiq yoxdur - VİDEO

Litvintsev: Azərbaycan vətəndaşı olduğum üçün mənə təzyiq yoxdur - VİDEO

Azərbaycanı Belarusun paytaxtı Minskdə keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil edən Vladimir Litvintsev qısa proqramın təsnifat mərhələsində uğurlu çıxış edib.

7News.Az xəbər verir ki, o, dünənki yarışda 73,60 xal toplayaraq 14-cü yeri tutub.

Bu göstərici ilə 17 yaşlı rusiyalı legionerimiz sabah 24 idmançı arasında keçiriləcək sərbəst proqramda yarışmaq hüququ əldə edib. 13 idmançı üçün isə yarış başa çatıb.   

Vladimir Litvinsev mövsümdə ən yaxşı nəticə göstərməklə çoxlarını heyrətləndirib. Bu səbəbdən Rusiya mətbuatı cari mövsümdə Azərbaycanı təmsil edən idmançıdan müsahibə götürüb. Səhvləri olduğunu, musiqi ilə ayaq uydura bilmədiyini etiraf edən Litvintsev idman vətəndaşlığını dəyişdirdiyi üçün Rusiya tərəfindən təzyiqlə üzləşmədiyini bildirib: 

"Düzü, mənə təzyiq yoxdur. Hamı mənim seçimimi başa düşür”.

Xatırladaq ki, Azərbaycanı təmsil edən daha bir legionerimiz Yekaterina Ryabova qısa proqramda 59,95 xalla yeddinci yeri tutub və sabahkı sərbəst yarışda çıxış etmək imkanı əldə edib.

7News.Az

Xəbər lenti