`Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq`

`Ümid edirəm ki, haqq-ədalət öz yerini tapacaq`

“Bu gün məhlkəmə olub. Məhkəmə ANS Media və Yayım Şirkətinin lisensiyasına xitam verilməsi barədə qərara qəbul edib. Təbii ki, biz bu qərarla razı deyilik. Bu qərardan müvafiq digər instansiyalara şikayətlə müraciət edəcəyik”.

7News.Az xəbər verir ki, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev açıqlamasında deyib.

“Bu gün məhkəmənin özündə etiraf olunub ki, biz heç bir anons-filan verməmişik və ona görə də ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq”.

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsində Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. ANS Müstəqil Yayım və Media Şirkətinin hüquqlarını müdafiə edən vəkil Ali Məhkəməyə şikayət edəcəklərini bildirib.

Məhkəmə qərarından sonar Milli Televiziya və Radio Şurasının (MTRŞ) hüquq şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, ANS Müstəqil Yayım və Media Şirkəti televiziyanın yayım lisenziyasının ləğvi ilə bağlı verilmiş məhkəmə qərarını aldığı vaxtdan 3 gün ərzində kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edə bilər.

Onun sözlərinə görə, lisenziya məhkəmə qərarı ilə ləğv edildiyi üçün ANS Müstəqil Yayım və Media Şirkəti lisenziya üçün MTRŞ-ya təkrar müraciət edə bilməz.

Xəbər lenti