lombard

"Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürdü

7NEWS.az xəbər verir ki, "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi korporativ sosial məsuliyyəti çərçivəsində, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq qərarı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb.
Bu barədə saytımıza "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova məlumat verib. Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən iş adamı bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Siz də özünüzün və sevdiklərinizin sağlamlığı üçün evdə qalaraq bu mübarizəyə kömək ola bilərsiniz. Güc birlikdədir!
7NEWS.az

Xəbər lenti