Gənc sahibkarlar Azərbaycanın bir sıra müəssisələrində istehsal prosesi ilə tanış olublar

Gənc sahibkarlar  Azərbaycanın bir sıra müəssisələrində istehsal prosesi ilə tanış olublar

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən  “Gəncə Avropa gənclər paytaxtı 2016  “Gənc sahibkarların beynəlxalq  Forumu”  çərçivəsində tədbirin  ikinci günü 12 ölkə təmsilçisi olan iş adamları ilə Gəncədə bir sıra müəssisələrə və Gəncənin tarixi yerlərinə baş çəkiblər.  

 

İctimai Birlikdən verilən məlumata görə, Serbiya, Belçika, Çexiya, Litva, Almaniya, BƏƏ və MDB ölkələrinin təmsilçilərindən ibarət olan nümayəndələr  istehsalla məşğul olan “Gəncə Şərab 2”, “Gəncə Tekstil” fabriki, “ELBA 999” şirkətlər qrupunda olublar. 

Qonaqlara şirkətlər barədə, müəssisələrin istehsal gücü, idxal qabliyyəti, istehsal etdikləri məhsulun keyfiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda qonaqlar Azərbaycanın dilbər guşələrindən biri olan Göy-göl dövlət qoruğuna və tarixi memarlıq incilərindən sayılan “İmamzadə” muzey-kompleksinə, XVII əsr memarlıq abidəsi olan  “Çökək hamam” kompleksiə, Cavad xan türbəsinə, Nizami Gəncəvi Məqbərəsinə və bir sıra görməli yerlərlə tanış olumuşlar.

Forumun üçüncü günü qonaqlar səhiyyə turizminin ən parlaq nümunələrindən biri olan  Naftalan şəhərində “Qaşaltı” sağlamlıq və istirahət mərkəzində olublar. Orada xəstələrin müalicə şəraitit ilə maraqlanaraq, neftin müalicəvi metodları ilə ətraflı tanış olublar. Forum sonuncu günü qonaqlar Bakıdada  bir sıra yerlərə, o cümlədən İcəri Şəhər, Qıza Qalası, Bayraq Meydanı və s yerlərlə tanış olmuş və Azərbaycana valeh olduqlarını gizlətməmişlər.

Forumun nəticəsi olaraq, Azərbaycan iş adamları ilə xarici iş adamları arasında  informasiya mübadiləsi aparılaraq, əlaqələrin genişlənməsi barədə razılıq əldə olunmuşdur.

 

Xatırladaq ki, Forumda  Avropa və MDB ölkələri daxil olmaqla 12 ölkənin iştirak edirlər. 

Xəbər lenti