RU
lombard
“M-Trans” MMC-nin rəhbəri Seymur Aslanovdur
13:28
7203

“M-Trans” MMC-nin rəhbəri Seymur Aslanovdur

Ölkənin bəzi media qurumlarında “M-Trans” MMC -yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik etməsi barədə məlumat yayılıb. Məlumatda deyilir ki, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus “Qarant Holdinq”ə daxil olan şirkətlərdən biri - “M-Trans” MMC -nin rəhbərliyində dəyişiklik baş verib. Həqiqətə uyğun olmayan məlumatı “Azərfaks”a Nəqliyyat Nazirliyindəki mənbə məlumat verib. Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən “M-Trans” MMC -yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.

Afaq Bəşirqızı məsələyə aydınlıq gətirib.

"Mənim oğluma heç bir vəzifə verilməyib. Verilibsə də mənim bundan xəbərim yoxdur." Bunu açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib.

7News.az informasiya portalına daxil olan özəl məlumata görə yuxarıda sadaladığımız faktlar həqiqəti əks elətdirmir. Belə ki, “M.Trans” MMC -nin rəhbəri uzun müddət Nəqliyyatın İntellektual İdarəetmə mərkəzində çalışan Seymur Aslanovdur. Məlumatda o da qeyd olunur ki, Seymur Aslanov bu vəzifəyə yeni təyin olunub. Afaq Bəşirqızının oğlu isə 10 ilə yaxındır ki, bu şirkətdə adi vəzifədə çalışır.

Məlumat üçün qeyd edək ki, “M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən  dövlət qeydiyyatına alınmışdır.

“M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün “M-Trans” MMC-yə müvafiq lisenziyalar verilmişdir.

“M-Trans” MMC beynəlxalq və şəhərlərarası sərnişin daşımalarında qazandığı uğurlara görə 2006-cı ildə nəqliyyat sahəsi üzrə “İlin şirkəti” elan edilmiş və milli mükafata layiq görülmüşdür. 2005-ci ildən “M-Trans” MMC avtovağzal xidməti göstərərək ildən-ilə bu sahədə xidmət səviyyəsini yüksəldir və fəaliyyət dairəsini genişləndirir. Hal-hazırda Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri fəaliyyət göstərir. Bundan başqa blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında yaşayan həmvətənlərimizə kömək məqsədi ilə Bakı – Naxçıvan marşrutu üzrə hər gün 5 ədəd müasir və hər cür rahatlığı olan iritutumlu avtobus yola salınır.

“M-Trans” MMC-nin fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmır. Belə ki, Ucar, Ağsu, Quba rayonlarında müasir standartlara cavab verən yeni avtovağzallar sərnişinlərin ixtiyarına verilmiş və bu sahədə işlər davam etdirilir. Yaxın vaxtlarda isə yeni Yevlax avtovağzalının istifadəyə verilməsi nəzərdə tutulur. 

“M-Trans” MMC sərnişinlərə xidmətin yüksək səviyyədə və keyfiyyətlə aparılması üçün proseslərin avtomatlaşdırılmasında ən müasir informasiya və kommunikasiya texnalogiyalarından və proqram təminatından istifadə edir. Hal-hazırda sərnişinlərə bilet satışı və avtobusların yola salınma prosesləri avtomatlaşdırılmış, mərkəzi məlumat bazası yaradılmışdır.  Sərnişinlərə xidmət səviyyəsini daha da yaxşılaşdırılmaq məqsədi ilə beynəlxalq internet şəbəkəsi  vasitəsilə “online” rejmində bilet satışı proqramının yaradılması üzərində iş gedir.

Avtobuslarda quraşdırılmış “GPS-naviqasiya” sistemləri vasitəsi ilə avtobusların hərəkətinə və sərnişnilərin təhlükəsiz mənzil başına çatdırılmasına tam nəzarət olunur. MDB məkanında analoqu olmayan Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşən hər bir avtobus reysdən əvvəl yuyucu məntəqədən, tibbi və texniki müayinədən keçirilir və lazım olduqda cəmiyyətin müasir avadanlıqlarla təchiz olunmuş qarajında təmir olunur.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ