Maaşını almaq adı ilə evdən qaçan Asim tapıldı - ÖZÜ DƏ GÖRÜN HARADAN?!

Maaşını almaq adı ilə evdən qaçan Asim tapıldı - ÖZÜ DƏ GÖRÜN HARADAN?!
Azərbaycanda maaşını almaq üçün işə gedən və geri qayıtmayan Asim Teymurov tapılıb. 

7News.Az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı Asimlə bağlı böyük həyəcan keçirdiyini söyləyib:

"Veriliş qurtarandan sonra atası televiziyaya gəldi. O, bildiridi ki, Asimin anası ölüb tez ortaya çıxsın. O zaman keçirdiyim həyəcanı sözlə ifadə edə bilmirəm. Dünən verilişdən sonra yarım saat özümə gələ bilmədim. Düşündüm ki, oğul dərdi anayı nə günə saldı. Bilirsiniz ki, Asim keçən həftənin 4-cü günündən itkin düşüb. Qardaşı efirimizə gəlmişdi. Asimin axtarışları gedirdi. Müxtəlif yerlərdən də zənglər gəlirdi. Dünən sonuncu zəng Gəncədən gəldi. Düşündüm ki, yazıq qadın oğlunu görmədən dünyasını dəyişdi. Asim həqiqətən Gəncədən tapıldı. Allaha şükkür edirəm ki, ana da ölməyib. Ata yalandan gəlib bizə Asimin anasının öldüyünü söyləyib. Xahiş edirəm ki, bizi nəzərə alın. Bizim duyğularımız, əsəblərimiz var. Mən o qadın üçün nə qədər ağladım. Atanın gözyaşlarını görməsəydim, bəlkə də inanmazdım. Xahiş edirəm, bizi bu formada aldatmayın". 
7News.Az

Xəbər lenti