Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcək

Mahaçqala-Bakı sürət qatarı bu il istifadəyə veriləcək

Mahaçqala-Dərbənd-Bakı sürətli sərnişin qatarı 2019-cu ildə istifadəyə veriləcək. 

TASS agentliyinin xəbərinə görə, bununla bağlı Dağıstanın nəqliyyat və yol təsərrüfatı naziri Şiruxan Hacımuradov respublika rəhbəri Vladimir Vasilyevin iştirakı ilə Mahaçqalada keçirilən Nazirlər Kabinetinin iclasında məlumat verib. 

O bildirib ki, bu xətt üzrə gömrük rəsmiləşdirmələri göndərilmə məntəqəsində həyata keçiriləcək. 

Mahaçqala-Bakı istiqamətində yeni dəmiryolu xətti ilə bağlı məsələ 2018-ci ilin aprelindən müzakirə edilir. 2018-ci ilin oktyabrında Vasilyev məlumat verib ki, Dağıstanla Azərbaycanı yeni dəmiryolu xətti bağlayacaq.

Bundan başqa, Mahaçqala və Bakı arasında birbaşa aviareyslər planlaşdırılır.

7News.Az

Xəbər lenti