Maksim Fadeyev Bakıda konsert verəcək

Maksim Fadeyev Bakıda konsert verəcək

Tanınmış rusiyalı müğənni, prodüser və bəstəkar Maksim Fadeyev yaxın zamanda Bakıda konsert proqramı ilə çıxış edəcək.

7News.Az "Moskva-Baku”ya istinadən xəbər verir ki, konsert fevralın 16-da Bakının Konqres Mərkəzinin səhnəsində baş tutacaq.

M.Fadeyev 25 il ərzində ilk dəfədir ki, konsertlər verir. Bu yaxınlarda Moskvada konsert verib, ikinci konserti isə Bakıda təşkil olunacaq.

"25 il konsert verməməyim, əslində, mənim üçün ağır olsa da, bu fasilə məcburiyyətdən doğub.  Xoşbəxtlikdən yazdığım hitlər bu gün də bütün dünyada dinlənilir. Mən bu musiqini sevən və onu duyan hər kəsə sonsuz dərəcədə minnətdaram”, - deyə prodüser-bəstəkar bildirib.

Konsert şousunda M.Fadeyevin xüsusi qonağı "Serebro” qrupunun keçmiş iştirakçısı, hazırda isə Molli səhnə adı ilə çıxış edən müğənni Olqa Seryabkina olacaq.

Xatırladaq ki, M.Fadeyev bu yaxınlarda Emin Ağalarovla duet şəklində "Mənim Azərbaycanım” mahnısını yazıb.

7News.Az

Xəbər lenti