“Mal gətirmək adı ilə xaricə 4-5 milyard dollar pul köçürürdülər…”

27 İyul 2019, 10:37
27 İyul
2019
10:37
282
"Azərbaycanın vəsaitləri xaricə köçürülürdü, əvəzində mallar gəlmirdi".
Son vaxtlar şirkətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən məhkəmər tərəfindən cərimələnməsi halları artıb. Şirkətlər İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən cərimə olunurlar.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə (270 gün) müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na görə, ödənişin aparıldığı gündən 270 gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə qabaqcadan ödənilmiş avans məbləği geri qaytarılmalıdır. Xaricə avans ödənişi həyata keçirmiş şirkət 270 gün ərzində banka sənəd təqdim etmədikdə bank Palataya məlumat verir, Palata da protokol ilə məhkəməyə müraciət edir.
Yerli istehsalçı və idxalçı şirkətlər qaydalara dəyişikliklərin edilməsinin lazım olduğunu bildirirlər. Qeyd edilir ki, bir sıra malların ölkəyə daxil olması 270 gündən artıq çəkir.
Məsələ ilə bağlı Mərkəzi Bankın mövqeyini öyrəndik.
Mərkəzi Bankın sədri Elman Rüstəmov "Marja”ya bildirdi:
""Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” böhran dövründə anti-böhran tədbiri kimi qəbul edilmişdir və bunun real əsasları var idi. Bizim hüquqi şəxslər tərəfindən güya xaricdən mal gətirmək adı ilə 4-5 milyard dollar pul köçürülürdü, amma mallar ölkəyə daxil olmurdu. Belə olan halda ödəmə balansında təxminən 4-5 milyard dollarıq bizim xarici ölkələrə kreditimiz yaranırdı. Biz bunun qarşısını almaq üçün qaydaları qəbul etdik. Əgər pul real ticarət əməliyyatı üçün xaricə köçürülürsə 180 gün ərzində mallar ölkəyə daxil olmalıdır. Sonradan təklif oldu və müddəti 270 günə qaldırdıq.
Hazırda 270 günün bəzi hallarda kifayət etmədiyi barədə obyektiv təklif var.
Doğurdan da bir sıra investisiya malları var ki, onların hazırlanması 270 gündən çox davam edə bilər. Mərkəzi Bank da bununla razılaşdıq. Qaydalara müvafiq düzəlişlər edəcəyik. İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə, malların idxalı üçün 270 gündən artıq vaxt veriləcək. Az bürokratiya, Nazirliyin özünün ekspertizası ilə tələb olunan vaxt veriləcəkdir. Bundan artıq tələblərin yumuşaldılmasına biz qarşıyıq. Çünki keçmiş mənzərinin təkrarına gətirib çıxarda bilər. Azərbaycanın vəsaitləri xaricə köçürülür, əvəzində mallar gəlmir. Belə çıxır ki, biz vəsait köçürülən ölkənin iqtisadiyyatını kreditləşdiririk.
Tutaq ki, şirkət mürəkkəb avadanlıq idxal edəcək. Müqavilədə göstərilib ki, xarici şirkət bu avadanlığı 1 ilə və ya daha uzun müddətə istehsal edəcəkdir. Müqavilə əvvəlcədən İqtisadiyyat Nazirliyinə təqdim ediləcək və orada qeydiyyata alınacaqdır. İqtisadiyyat Nazirliyi də valyuta nəzarəti agenti olan banka məlumat verəcəkdir. Əgər əməliyyat adi əməliyyatdırsa, bu əməliyyatlr üçün 270 gün qalacaqdır.
Yeniliklərdən biri budur ki, bizə Kənd Təsərrüfatı Nazirliyi müraciəti oldu ki, çox kiçik məbləğlərə görə də cərimələr olur. Biz qaydalarda müəyyən güzəştlərin olmasına razılıq verdik. Yəni xırda vəsaitlərə görə, xüsusilə kənd təsərrüfatı üzrə kiçik ixracatçılar cəzalandırılmasınlar”.
Elman Rüstəmov əlavə etdi ki, Qaydaların tətbiqindən sonra tədiyyə balansı Azərbaycanın xeyrinə dəyişib.
"Qaydaların tətbiqi nəticəsində tədiyyə balansında kreditimiz əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu o deməkdir ki, biz o vəsaitləri ölkəyə qaytarmışıq. Məqsəd süni maneə yaratmadan ölkənin valyuta vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək, bu vəsaitlərin hansısa ölkələrdə yatıb qalmasına şərait yaratmamaqdır”.
7News.Az
Xəbər lenti
-
18:20Canlı yayımda Ələkbər Yasamallı ilə Aqşin Fateh arasında dava düşdü, bir-birilərinə elə sözlər dedilər ki... — VİDEO
-
18:19General deputatlığa namizədliyini irəli sürdü (FOTO)
-
18:16Bakıda daha bir müəmmalı yol - Sürücülər hər gün burada cərimələnir - VİDEO
-
17:14“Dövlətin və xalqın xilaskarı" mövzusunda konfrans keçirilib
-
16:46Şəkinin Çayqaraqoyunlu kəndində yoxsul yaşayan ailə laqeyd, etinasız münasibətlə üzləşib - VİDEO
-
16:3978 yaşlı Quba sakini: Ev su ilə dolur, ayaqlarımız tutulub
-
16:33Evsiz, işsiz, sənədsiz ailə dövlətdən kömək istəyir
-
16:22Laçın Təhsil Şöbəsində rüşvətin tüğyanı: “Dərs saatı 6-10 manatdır” - VIDEO
-
16:16 Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - İLGİNC SİYAHI
-
16:13Zakir Fərəcovun borclu olduğu şəxslərin SİYAHISI AÇIQLANDI –FOTO
-
16:092-ci qrup əlilin haqqı tapdanır... - GİLEY
-
20:15Qərargah rəisi: "Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub, xəsarət alan yoxdur" ÖZƏL VİDEO
-
19:58Bakıda 3-cü mikrorayon bazarında yanğın - ÖZƏL VİDEO
-
15:59EKTİS fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradacaq
-
15:57RƏSMİ açıqlama: Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib
-
14:58Dövlətə 1.3 milyon borcu olan şirkət Bərdəni necə abadlaşdırdı?
-
14:01Xırdalanın “xırda” dərdi: Bu yol bitməyəcək...
-
13:5089 yaşlı nənənin Yeni il arzusunu çin etdilər: Qocalar evində striptiz şou - Fotolar
-
13:45Bakıda supermarketi yoxladılar, saxta yağ tapıldı - Foto
-
13:30Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə... (FOTOLAR)
-
13:15“Nar” abunəçilərinin nəzərinə!
-
13:00Makronla Sannanın səmimi görüntüləri dünya mediasının gündəminə düşdü (FOTOLAR)
-
12:50Könül Kərimova oğlunun əməliyyatından danışdı - VİDEO
-
12:40Azərbaycanlılar Gürcüstanda həmyerlilərini öldürüb Rusiyaya qaçdılar
-
12:30“Dəlisov professor” bütün təcrübələri öz üzərində keçir - VİDEO
-
12:20Bakıda “Infiniti” ilə qəza törədən qız adamlara hücum çəkdi - VİDEO
-
12:00ANS-in Qənirəsindən — İNANILMAZ FOTOLAR
-
11:58SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu qəzaya düşdü - yaralılar var
-
11:50İlyas İsmayılov oğlunun qatili ilə üzləşdi
-
11:40Kamera qarşısında sinəsi açılan Türkan biabır oldu, saçı ilə sinəsini bağladı - VİDEO
-
11:20Kraliça II Elizabet 50 min funt sterlinq məvacibə işçi axtarır
-
11:14Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib – İZAH
-
11:10Həkim yeni doğulan körpəni şikəst etdi
-
11:00Şahzadəyə çevrilən sadə qızlar - Kimdir onlar? (FOTOLAR)
-
10:50Bu mallar gömrük rüsumundan azad edildi — Baş Nazirdən QƏRAR
-
10:40Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi - Ürəyində ciddi problem var
-
10:30Gecə çılpaq yatan modelin evinə oğru girdi, görüntülər yayıldı, biabır oldu - VİDEO - FOTO
-
10:20Məmur evində iki qadın vəhşicəsinə qətlə yetirildi - Bakıda - FOTO
-
10:10Qızları fahişəliyə cəlb edən dəstə yaxalandı - Əllərini qaynar suda yandırırlarmış... - FOTO
-
10:00Safura yenidən səhnəyə qayıdır - FOTO
14 Dekabr 2019
Digər xəbərlər
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT
Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT, HADİSƏ
“Baby Star” uşaq bağçasında biabırçılıq - SÖZ OXUCUDA!
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT, HADİSƏ
“Azərsun Holdinq”in şirkəti cərimələnib
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT
"Araz" Supermarketlər Şəbəkəsində növbəti fırıldaqlıq - Vitrində bir qiymət, kassada başqa qiymət (FOTOLAR)
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT, TƏHLİL
Böyük tender talanı 3 – Zahid İsayevə çətin suallar...
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT, HADİSƏ
Bura bankdır, yoxsa vağzal? – Kapital Bankın filialından fotofakt
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT
“Mal gətirmək adı ilə xaricə 4-5 milyard dollar pul köçürürdülər…”
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT
Agentlik öz rəhbərinin şirkətinin mallarını alır
-
AKTUAL, ÖZƏL, İQTİSADİYYAT
Gürcüstanın Azərbaycana nə qədər borcu var?