Gəncədə Qələbə günü qeyd olunub

Gəncədə Qələbə günü qeyd olunub

Gəncədə 9 May faşizm üzərində qələbənin 71-ci ildönümünə həsr olunan tədbir keçirilib

Tədbir Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun barelyefi önündə təşkil edilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev, veteranlar, şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri tərəfindən Sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbri ziyarət olunaraq, üzərinə çələng və gül dəstələri qoyulub. 

Daha sonra media nümayəndələri və şəhər sakinləri veteranların müharibə xatirələri ilə maraqlanıblar. Sinəsini müxtəlif orden və medallar bəzəyən müharibə veteranları onlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər. 
Sonda xtirə şəkli çəkdirilib.

Bildirək ki, 2-ci Dünya müharibəsində Gəncə şəhərindən 28600 nəfər vuruşub. Onlardan yarısı müharibə ərzində həlak olublar. Hazırda Gəncə şəhərində 2-ci Dünya müharibəsində ön cəbhədə vuruşmuş 17, arxa cəbhədə vuruşanlardan isə 106 nəfəri yaşayır. Onların əksəriyətinə dövlət hesabına ev,maşın və torpaq sahələri hədiyyə edilib./azvision.az

7News.Az

 

 

Xəbər lenti