BMT-dən Qarabağdakı gərginliyə reaksiya

BMT-dən Qarabağdakı gərginliyə reaksiya

BMT-nin baş katibi Pan Gi Mun Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin dərhal azaldılması üzrə tədbirlər görməyə çağırıb.

 

Bu barədə baş katibin bəyanatında bildirilir. 

“Baş katib münaqişə tərəflərini hərbi əməliyyatlara dərhal son qoymağa, atəşkəs haqqında sazişə tam şəkildə əməl etməyə və dərhal gərginliyin azaldılması üçün addımlar atmağa çağırır", – deyə bəyanatda qeyd olunub.

Bildirilib ki, Pan Gi Mun ağır silahların tətbiq olunması və mülki əhali arasında da olmaqla çoxsaylı itkilər barədə məlumatlardan narahatdır.

7news.Az

Xəbər lenti