"McDonald's"-ın prezidenti işçisiylə eşq yaşadığı üçün vəzifəsindən getdi - FOTOLAR

"McDonald's" şirkətinin prezidenti və icraçı direktoru Stiv İsterbruk işdə yaşadığı "sevgi macərası"na görə vəzifəsindən azad edilib.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin rəsmi saytında bildirilir.



İsterbruk Direktorlar Şurasının qərarıyla işdən çıxarılıb. Şura üzvləri onu şirkət siyasətinə zidd və ayıq düşüncədən kənar hərəkət etməkdə ittiham ediblər.

Onun yerinə əvvəllər şirkətin ABŞ-dakı filialına rəhbərlik edən və 14 minə yaxın "fastfood" restoranlarının işinə cavabdeh olan Kris Kempzinski təyin olunub.



Qeyd olunur ki, may ayında ABŞ-da "fastfood" restoranlar şəbəkəsinin 25 əməkdaşı öz rəhbərlərini cinsi təcavüzdə ittiham edib.
7News.Az
 

Xəbər lenti