"FETÖ Azərbaycanda da çoxlu sayda şagirdlər yetişdirib..."

15 iyul Türkiyədə ordunun bir hissəsinin hakimiyyətə qarşı çıxmasından sonra məlum oldu ki, Fətullah Gülən və onun təşkilatı son dərəcə təhlükəlidir.

Fətullah Gülənə aid məktəblərin Azərbaycanda da olması, bu radikal cərəyanın bizim üçün də təhlükəli ola biləcəyindən xəbər verir.

FETÖ qruplaşmasının Azərbaycana mümkün təhlükəsi barədə millət vəkili Araz Əlizadə öz fikirlərini Ölkə.Az-la bölüşüb:

"Azərbaycanda nurçular, fəthullahçıılar var. Azərbaycançılıq ideologiyasından başqa hər hansısa cərəyanın, ideologiyanın Azərbaycanda inkişafı Azərbaycan üçün böyük təhlükədir.

Fəthullah Gülən yaratdığı məktəbləri ona görə yaratmayıb ki, o xalqları çox sevir. Fətullah Gülənin o məktəbləri yaratmaqda əsas məqsədi öz davamçılarını yetişdirməkdir. Düzdür, onlara yaxşı savad verirlər. Bunu ona görə edirlər ki, onlar gələcəkdə yaxşı vəzifələr tutsunlar və sonra Fətullah Gülənin ideologiyasını yayraq onun planlarını həyata keçirsinlər. Corc Soros haqqında da yaxşı fikirlər səsləndirirlər. Əslində isə Corc Soros rəngli inqilabları hazırlayan, öz dövlətlərinə qarşı işləyən təşkilatları maliyyələşdirməklə məşğuldur. Müftə pendir ancaq siçan tələsində olur.

Nurçular Azərbaycanda çoxlu sayda şagirdlər yetişdiriblər. Onları 2-3 günün içərisində tərbiyə etmək, haqq yoluna qaytarmaq mümkün deyil. Ona görə də, biz azərbaycançılıq ideologiyasını məktəblərdə tədris etməliyik. Digər ideologiyalara, cəryənlara hörmətlə yanaşırıq, ancaq bizim üçün ilk növbədə azərbaycançılıq ideologiyası gəlir".

7news.Az

Xəbər lenti