Mehriban Əliyeva “Ümidin rəngləri” sərgisində

Mehriban Əliyeva “Ümidin rəngləri” sərgisində

Əminə Ərdoğan qonaqlarını Lütfi Kırdar Konqres Mərkəzinin girişində qarşılayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanİslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısına qatılan prezidentlərin həyat yoldaşları ilə görüşüb.

Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Əminə Ərdoğan qonaqlarını Lütfi Kırdar Konqres Mərkəzinin girişində qarşılayıb.

Qonaqları ilə tək-tək görüşən Əminə Ərdoğanın Mehriban Əliyeva və Meral Akıncı (Şimali Kipr Türk Respublikasının prezidenti Mustafa Akıncının həyat yoldaşı) ilə söhbəti diqqət çəkib.

Daha sonra Ə.Ərdoğan və qonaqları “Ümidin rəngləri” adlı rəsm sərgisinə baxıblar./oxu

7news.Az

 

Xəbər lenti