Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi (Fotolar)

Mehriban Əliyeva Xalq artistinə maşın hədiyyə etdi (Fotolar)
Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistinin səhhəti ilə maraqlanıblar.

7News.Az xəbər verir ki, Fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Mehriban Əliyeva xalq artistinə avtomobil hədiyyə etdi - BU DA FOTOLAR
Mehriban Əliyeva xalq artistinə avtomobil hədiyyə etdi - BU DA FOTOLAR
Mehriban Əliyeva xalq artistinə avtomobil hədiyyə etdi - BU DA FOTOLAR
 

7News.Az

Xəbər lenti