RU
lombard
Məkkədə növbəti faciə, yaralılar var -
22:41
778

Məkkədə növbəti faciə, yaralılar var -

Məkkədə baş verən yanğınla əlaqədar mindən çox zəvvar təxliyyə edilib.

7news.az anspress-ə istinadən bildirir ki, Məkkədə mehmanxanalardan birində yanğın nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Səudiyyə Ərəbstanının Mülki Müdafiə Nazirliyinin əməkdaşları yanğının qarşısıni alıb. Bu haqda Mülki Müdafiə qüvvələrinin nümayəndəsi Abdulla əl-Harisi xəbər verib. Onun sözlərinə görə, mülki müdafiə xidmətinin əməkdaşları Məkkədə yanğının baş verdiyi mehmanxanadan 1028 asiyalı zəvvar dərhal təxliyə edilərək təhlükəsiz yerə köçürülüb.

O qeyd edib ki, Məkkə mehmanxanalarından birində yanğın haqqında siqnal bu gün səhər onlara daxil olub. Zəvvarların qaldığı mehmanxanaya hadisə yerinə altı xilasedici komandası göndərilib.
"Alovun qarşısı dərhal alınıb. Mehmanxanada olan zəvvarları çox tez bir zamanda təxliyyə etməyi bacardıq. İki zərər çəkən var idi və xilasedicilər onlara kömək göstərdilər", - deyə Abdulla əl-Harisi vurğulayıb. Onun sözlərinə görə, yanğın 11 mərtəbəli binanın səkkizinci mərtəbəsində başlayıb.

Hazırda müsəlmanlar üçün müqəddəs zul-hiccə ayının başlaması ilə əlaqədar Səudiyyə Ərəbistanına bütün dünyadan dindarlar gəlir. Bu il Həcc ziyarətinin keçirilməsi faciəli hadisəylə başlayıb. Sentyabrın 11-də Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfər həlak olub, 230 nəfər yaralanıb. Məlumata görə, insident cümə namazından sonra böyük məscidin üzərində olan kranın güclü küləyin təsiri altında çökməsi nəticəsində baş verib.

Fəlakət vaxtı ildırım çaxıb, güclü yağışın yağdığı deyilir. Ölənlər arasında xeyli sayda zəvvar var. Qurbanlardan 2-si Türkiyə vətəndaşıdır. Bundan başqa 15 türk zəvvarın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Zərrərçəkənlər arasında azərbaycanlı zəvvarlar olmayıb.
Səudiyyə xəbərlər agentliyinin məlumatına görə, bu günə qədər krallığa ziyarət üçün 1,2 milyondan çox zəvvar gəlib. Səudiyyə Ərəbistanının hakimiyyəti guman edir ki, bu il İslamın müqəddəs yerlərinə ziyarət üçün 1,5 milyon zəvvar gələcək.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ