"Məktəbdə şagirdlər münasibət yaşayırmış kimi öpüşürlər" - Müdirdən etiraz - FOTO

Britaniyanın İTV telekanalında nümayiş olunan populyar "Love İsland" realiti-şousu ilə bağlı qalmaqallar bitmir.

7News.Az milli.az-a istinadla xəbər verir ki, bu dəfə məktəb müdiri realiti-şounun yayımının dayandırılmasını tələb edib. Aled Rees adlı müdir verilişin məktəblilərə mənfi təsir etdiyini söyləyib.

O, valideynləri uşaqları "Love Island"a baxmağı qadağan etməyə səsləyib. Müdirin dediyinə görə, azyaşlılar verilişdə gördükləri erotik hərəkətləri olduğu kimi təkarlayırlar ki, bu da onların tərbiyəsinə mənfi təsir göstərir.

"Hörmətli valideynlər, xahiş edirəm, övladlarınızı "Love Island" verilişini izləməkdən çəkindirin. Uşaqların çoxunun yaşı bu verilişə baxmaq üçün uyğun deyil. Şouya baxan 8 yaşlı uşaqlar münasibət yaşayırmış kimi məktəbdə öpüşürlər. Rica edirəm, onların boş vaxtlarının daha səmərəli keçirilməsini təşkil edin".

 
 

7News.Az

Xəbər lenti