Məktəbli qız ev tapşırığını müəllimin yadına saldığı üçün döyüldü

Məktəbli qız ev tapşırığını müəllimin yadına saldığı üçün döyüldü
Saxalin məktəblərinin birində şagird ev tapşırığı verməyi müəllimin yadına saldığı üçün sinif yoldaşları tərəfindən döyülüb.

7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Sakhalin.info yazır.

Belə ki, 4-cü sinifdə oxuyan qızın anasının sözlərinə əsasən, dərsdən sonra 8 nəfər uşağın üstünə düşüb, digərləri isə sadəcə tamaşa edib. Bir oğlan qızın tərəfini saxlamaq istəsə də, ona məhəl qoyan olmayıb.

Hazırda uşaq yüngül beyin silkələnməsi diaqnozuyla xəstəxanada müalicə alır.

Saxalin vilayətinin Prokurorluğunda hadisə ilə bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti