Məktəblilər 15 yaşlı qızı gölməçədən çirkli su içməyə məcbur etdilər – Video

Məktəblilər 15 yaşlı qızı gölməçədən çirkli su içməyə məcbur etdilər – Video

Rusiyanın Altay vilayətində 15 yaşlı qızı məktəb yoldaşları küçədəki gölməçədən çirkli su içməyə məcbur ediblər.

Bizimyol.info xəbər verir ki, həmin şagirdlərin təhsil aldığı məktəbin direktoru da məsələyə münasibət bildirib. Deyib ki, qızın anasına bu barədə polisə ərizə yazmağı məsləhət görüb, amma qadın bu addımı atmaqdan imtina edib.

Direktor Tatyana Stoller deyib ki, sözügedən məktəbli qız bundan öncə də məktəbdə nəzarətdə idi: "O, məktəbə gəlmirdi, tez-tez dərs buraxırdı. Ona görə dəfələrlə anasını məktəbə dəvət etmişik, söhbət aparmışıq, hətta psixoloqun onunla fərdi söhbətləri də olub. Yəni məktəb üzərinə düşən bütün işləri görüb”.

Direktorun sözlərinə görə, gölməçədən su içməyə məcburetmə hadisəsindən sonra sinif rəhbəri və psixoloq onların evinə gedib, ancaq qız onlarla ünsiyyətdə olmaqdan yayınır.

Stoller onu da əlavə edib ki, şagirdi çirkli su içməyə məcbur edənlər başqa məktəbi şagirdləri olub.

Sosial şəbəkələrdə qız gölməçədən su içməyə məcbur edilərkən lentə alınmış görüntüləri yayılıb. Görüntülərdə 15 yaşlı qız gölməçənin qarşısında dizüstə çöküb ağlayır. Digərləri isə ondan əyilib su içməyi tələb edir. Onu məcbur edənlər arasında qızlar da var.

 

 
 
 
 
 
Посмотреть эту публикацию в Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

 

Публикация от Грибное медиапланирование (@biysk.22) 

Xəbər lenti